“Neftçi”nin prezidenti yeni baş məşqçinin qarşısına qoyduqları hədəfi açıqlayıb - MÜSAHİBƏ

Xəbərlər
24 Dekabr 2023 19:23
127
“Neftçi”nin prezidenti yeni baş məşqçinin qarşısına qoyduqları hədəfi açıqlayıb - MÜSAHİBƏ

“Neftçi”nin prezidenti Fərrux Mahmudov Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə (2:0) oyundan sonra mətbuat konfransına qatılıb.

İdman.biz xəbər verir ki, funksioner yeni baş məşqçiləri monteneqrolu Miodraq Bojoviçi təqdim edib, rumıniyalı Adrian Mutunun gedişinə aydınlıq gətirib.

- İlk dəfədir ki, ani təqdimat olur. Tələskənlikdəndir, yoxsa şəffaflıq?

- Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.

- Baş məşqçinin qarşısına hansı hədəf qoyulub?

- Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.

- Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?

- Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.

- Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?

- Xeyr, yox idi.

İdman.biz