“Baltika” klubu keçmiş oyunçusu və “Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanovu komandasının Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
İdman.Biz bildirir ki, Rusiya komandası müvafiq paylaşımı İnstaqram səhifəsində edib.
“Dünən axşam Azərbaycanın “Qarabağ”ı rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Bunun bizim klubla nə əlaqəsi var? Sizə deyək ki, Ağdam komandasına keçmiş “Baltika” oyunçusu məşqçilik edir!
Qurban Qurbanov 1999-cu il mövsümündə Kalininqrad klubunda oynayıb. Onun aktivində 14 oyun və bir qol var. O, 2008-ci ildən “Qarabağ”ı çalışdırır.
Təbriklər, Qurban Osman oğlu!”, - paylaşımda deyilir.
