Olavale Doyeni: “Biz yenidən toparlanacağıq” - MÜSAHİBƏ

28 Yanvar 2026 12:57
87
Olavale Doyeni: “Biz yenidən toparlanacağıq” - MÜSAHİBƏ

“Komanda olaraq hər oyuna 3 xal qazanmaq düşüncəsi ilə çıxırıq. “Sumqayıt”la oyuna da qalibiyyət məqsədi ilə hazırlaşacağıq”.

Bunu “Karvan-Yevlax”ın futbolçusu Olavale Doyeni futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Sabah”la oyun haqqında nə düşünürsünüz? Niyə 1:4 hesabı ilə məğlub oldunuz?

– Oyuna yaxşı planlarla çıxmışdıq, amma hər şey istədiyimiz kimi alınmadı. Rəqib çox güclü komandadır və oyun onların istədiyi ssenari üzrə getdi.

– Bu məğlubiyyətin komandaya necə təsir edəcəyini düşünürsünüz?

– Uduzduq və təbii ki, bundan məmnun deyilik. Amma çempionat marafon kimidir. Biz yenidən toparlanacağıq, müsbət cəhətləri inkişaf etdirəcəyik və üzərində işləməli olduğumuz məqamları düzəldəcəyik.

– Vəziyyəti dəyişə biləcəyinizə və bəxtin yenidən üzünüzə güləcəyinə inanırsınızmı?

– Əlbəttə, bəli. İnamı qorumaq çox vacibdir. Biz heç vaxt mübarizədən əl çəkməyən bir komandayıq. Hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümidimiz var.

– Növbəti oyun evdə “Sumqayıt”a qarşı olacaq. 3 xal qazana biləcəksinizmi?

– Komanda olaraq hər oyuna 3 xal qazanmaq düşüncəsi ilə çıxırıq. “Sumqayıt”la oyuna da qalibiyyət məqsədi ilə hazırlaşacağıq.

– Hazırda turnir cədvəlinin təhlükəli zonasında yer alırsınız. Sizcə, son pillədən çıxa biləcəksinizmi?

– Dediyim kimi, çempionat marafon kimidir. Biz yolumuza davam edəcəyik və heç vaxt dayanmayacağıq. Meydanda sona qədər mübarizə aparacağıq, çünki daha yaxşı mövqedə olmağa gücümüzün çatdığını bilirik.

İdman.Biz