Murad Musayev: “İndi bu oyun keyfiyyətlərini itirmişik”

Xəbərlər
22 Dekabr 2023 18:43
196
Murad Musayev: “İndi bu oyun keyfiyyətlərini itirmişik”

“Rəqib qələbə qazanmağı daha çox istəyirdi”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ”yə 0:1 hesablı məğubiyyəti şərh edib. Musayev komandanın üzləşdiyi çətin vəziyyətə aydınlıq gətirib: “Oyun ərzində böyük üstünlüyə malik olduq. Amma bu amil komandanın xal qazanması üçün kifayət etmədi. Daha çox hücum etsək də, lazım ola qolu vura bilmədik. Əvvəllər öldürücü komanda idik. Yarım qol vəziyyətlərini belə uğurlu başa çatdırırdıq. İndi bu oyun keyfiyyətlərini itirmişik. Vəziyyəti düzəltmək üçün futbolçular, həmçinin məşqçilər də çox, daha çox işləməlidirlər”.

Qeyd edək ki, “Sabah” ardıcıl ikinci turda meydanı xalsız tərk edib. Komanda 22 xalla 7-ci pilləd qərarlaşıb.

İdman.biz