“Bildiyiniz kimi “Sumqayıt”ı məğlub etsək də, texniki məğlubiyyət almışdıq. Heç kim bizdən bu nəticələri gözləmirdi”.
Bunu “İmişli”nin hücumçusu Dioqo Almeyda sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Son saniyələrdə qələbəni əldən verdiniz. Oyunla bağlı fikirləriniz necədir?
- Çətin meydançada çətin rəqibə qarşı oynadıq. 3 xalı qazanmağa yaxın idik, amma alınmadı. İşimizə davam edirik.
- Son günlər mətbuatda adınız “Turan Tovuz”la yanaşı hallanır. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik…
- Bu barədə nəsə demək istəmirəm. Bütün diqqətimi “İmişli”yə yönəltmişəm. Özümü burada xoşbəxt hiss edirəm.
- Ümumiyyətlə, bu klubdan təklif almısınız?
- Heç nədən xəbərim yoxdu. Dediyim kimi bütün diqqətimi “İmişli”yə yönəltmişəm.
- Bəs təklif gəlsə necə?
- Bu haqda danışmaq istəmirəm (gülür).
- Verilməyən penalti epizodu ilə bağlı fikirləriniz necədir?
- Səhv futbolun bir hissəsidir. Hamı səhv edə bilər, o cümlədən hakim də.
- Mövsümün beşinci qolunu vurdunuz. Bombardirlik yarışında sonadək duru gətirə biləcəksən?
- Ən vacibi məşqlərə davam edib, matçlarda qol vurmaqdır. Vurduğum qollarla komandama kömək etmək istəyirəm.
- Komanda turnir cədvəlində 9-ci pillədə qərarlaşıb. Necə düşünürsünüz komandanın potensialı daha yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir?
- Bildiyiniz kimi “Sumqayıt”ı məğlub etsək də, texniki məğlubiyyət almışdıq. Heç kim bizdən bu nəticələri gözləmirdi. Bizim komandamız güclüdür. Bu gücün sayəsində irəli gedə bilirik.
