Azərbaycanın Birinci Liqa təmsilçisi “Səbail” dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Səbail” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, Bakı təmsilçisi Qurban Səfərovla müqavilə imzalayıb.
Qeyd edək ki, son olaraq “Mingəçevir”də çıxış etmiş U-21 millimizin üzvü ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
