Prezident İlham Əliyev “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
İdman.biz xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir:
“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”
