Qurban Səfərovun “Karvan-Yevlax”a keçidi baş tutmadı

Xəbərlər
21 Yanvar 2026 11:34
37
Qurban Səfərovun “Karvan-Yevlax”a keçidi baş tutmadı

Qurban Səfərov seçimini “Səbail”in xeyrinə edib. Bayıl təmsilçisi U-21 millimizin sabiq üzvü ilə 6 aylıq müqavilə imzalayıb.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, daha əvvəl “Mingəçevir”dən ayrılaraq “Karvan-Yevlax”la razılığa gələn futbolçunun transferi reallaşmayıb.

Tərəflər bütün detallarda anlaşsa da, son anda komandada yeni oyunçu üçün sifariş limitinin dolu olması aydınlaşıb.

PFL-in əsasnaməsinə əsasən, Premyer Liqa klubları mövsüm ərzində maksimum 30 futbolçu sifariş edə bilər və hər hansı oyunçu heyətdən ayrılsa belə, onun yerinə yeni ad əlavə olunmur. Yevlax təmsilçisi bu limiti artıq doldurduğu üçün Q.Səfərovun keçidi baş tutmayıb

İdman.Biz