“İmişli” mövsümün ikinci dövrəsinə hazırlığı Bakıda keçib.
Komandanın kapitanı Azər Salahlı toplanışı dəyərləndirib.
“Toplanışımız planlaşdırdığımız şəkildə normal keçdi. Hesab edirəm ki, oyundan oyuna komandamızın çıxışı daha da yaxşılaşacaq və inkişaf edəcək. Vaxtımızın məhdud olmasına baxmayaraq, hazırlıq prosesi ərzində fiziki və taktiki durumumuzu yaxşılaşdırmaq üçün maksimum səylə çalışdıq. Bu toplanışın və görülən işlərin bəhrəsini çempionat oyunlarında görəcəyimizə inanırıq”, - deyə o, futbolpress.az-a açıqlamasında bildirib.
A.Salahlı komandanın mövsümdəki çıxışına toxundu:
“İlk dövrə normal keçdi. Gözləntilərdən daha yaxşı nəticələr əldə etdik. Əlbəttə, daha yaxşısını etmək imkanımız da var idi. Ümumi götürəndə çıxışımız qənaətbəxşdir. Qarşıdakı dövrədə də yaxşı nəticələrimizi artırmaq üçün çalışacağıq”.
“İmişli” 16 turdan sonra 17 xalla doqquzuncu sıradadır. Komanda 17-ci tur çərçivəsində yanvarın 23-də “Araz-Naxçıvan”ı qəbul edəcək.
