Azərbaycan İkinci Liqa təmsilçisi “Xankəndi” futbolçu Sərxan Ağayevlə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Xankəndi” turnir cədvəlində hazırda 39 xalla ikincidir.
