Azərbaycan I Liqa təmsilçisi “Səbail”in müdafiəçisi Emin Rüstəmov “Karvan-Yevlax” klubuna icarəyə verilib.
İdman.Biz xəbər verir ki, bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.
Futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa kollektivində çıxış edəcək.
U-21 millisinin də formasının geyinən 21 yaşlı oyunçu bu mövsüm “Səbail”in heyətində 12 turda 9 dəfə meydana çıxıb.
