“Şamaxı” klubunun hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, gənc futbolçuya Latviyanın nüfuzlu klublarından biri maraq göstərir.
Hazırda U-21 millimizin üzvü ilə Avropa təmsilçisi arasında aktiv danışıqlar aparılır. D.Mənsumov müqavilə ilə “Qarabağ” klubuna məxsusdur. O, ötən mövsüm sınaq oyunlarında Ağdam təmsilçisinin əsas heyətində debüt edib və 2 görüşdə 2 qol vurub.
“Şamaxı” isə gənc hücumçunu 2025-ci ilin yayından etibarən icarə əsasında heyətinə qatıb.
