Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatıb - FOTO

Xəbərlər
7 Yanvar 2026 17:44
62
Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatıb - FOTO

AFFA Lisenziya və Qeydiyyat Departamenti klubların lisenziyalaşdırılması üzrə təlimləri başa vurub.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, lisenziyalaşdırma şöbəsinin əməkdaşları 2026/2027 mövsümü üzrə yarışlarda iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən bütün Premyer Liqa, Birinci və İkinci Liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşərək, lisenziyalaşdırma qaydalarını müzakirə edib, klub nümayəndələrini müvafiq sənədlərlə tanış ediblər.

Qeyd edək ki, 2025-ci ilin noyabr-dekabr aylarını əhatə edən təlimlərin 20-si AFFA-nın inzibati binasında, 10-u isə regionlarda baş tutub.

İdman.Biz
Məqalədə: