“Şirvan” bombardirini göndərdi

Xəbərlər
8 Yanvar 2026 17:09
72
“Şirvan” bombardirini göndərdi

İkinci Liqa təmsilçisi “Şirvan” yarımmüdafiəçi Cavid Nəcizadə ilə yollarını ayırıb.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2024/2025 mövsümündə Region Liqasında 20 qolla bombardir olan C.Nəcizadə İkinci Liqada gözlənilən performansı göstərə bilməyib. “9 nömrə” 14 oyunda cəmi 2 dəfə fərqlənib.

Qeyd edək ki, Liqanın debütantı olan “Şirvan” mövsümün ilk yarısını altıncı pillədə başa vurub. Komanda qış fasiləsindən sonra 15-ci turda ilk matçını səfərdə “Araz Saatlı”ya qarşı keçirəcək.

İdman.Biz