“Qəbələ” heyətini yerli futbolçu ilə gücləndirməyi planlaşdırır.
İdman.Biz sport1.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi hazırda “Zirə”də çıxış edən Fuad Bayramovu transfer siyahısına daxil edib.
Sol cinah müdafiəçisinin mövsümün sonuna qədər icarə əsasında “Qəbələ”yə keçidi gündəmdədir.
27 yaşlı futbolçu 2024-cü ilin yayından “Zirə”nin formasını geyinir. Cari mövsümdə hələlik rəsmi oyun şansı əldə etməyən Fuad Bayramovun daha çox oynaya biləcəyi komandaya icarəyə verilməsi variantı müzakirə olunur.
Qeyd edək ki, Fuad Bayramovun “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
