“Neftçi”nin futbolçusu Elvin Camalov klubunu dəyişir.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi “Qəbələ” ilə anlaşıb.
“Qəbələ”nin yetirməsi olan Elvin Camalov 2019-cu ilədək əsas komandada çıxış edib. O, daha əvvəl “Zirə” və “Sabah”ın da formasını geyinib.
