“Səbail” PFK-nın qış hazırlıq planı məlum olub.
İdman.Biz bu barədə komandanın mətbuat xidmətinə istinadən bildirir.
Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın 6-da başlayacaq. Məşqlər “ASCO Arena”da keçiriləcək. Hazırlıq mərhələsi çərçivəsində “Səbail” PFK 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama oyunlarındakı rəqiblər barəsində əlavə məlumat veriləcək.
