“Xankəndi” FK-nın qış hazırlıq planları açıqlanıb

Xəbərlər
5 Yanvar 2026 19:03
99
“Xankəndi” FK-nın qış hazırlıq planları açıqlanıb

II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi” Futbol Klubunun qış mövsümü üçün planları müəyyənləşib.

Bu barədə İdman.Biz “Xankəndi” FK-nın mətbuat xidmətinə istinadən bildirir.

Komanda 15 yanvar tarixində bir araya gələcək və Bakı şəhərində yerləşən “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın ikinci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir.

Qeyd edək ki, təlim-məşq toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu tərəfindən potensial yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.

İdman.Biz