Kevin Medinanın durumuna aydınlıq gətirilib

Xəbərlər
26 Noyabr 2025 19:09
30
Kevin Medinanın durumuna aydınlıq gətirilib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun “Napoli” ilə matçında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

İdman.Biz klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevə istinadən xəbər verir ki, bu gün aparılan müayinələr nəticəsində kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.

Komanda sabah istirahət edəcək. 32 yaşlı futbolçunun birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

“Napoli” ilə oyunda zədələnən Medina 60-cı dəqiqədə əvəzlənib.

İdman.Biz