Şahin Diniyev: “Enişdəyik, futbolda belə hallar olur”

Xəbərlər
10 Dekabr 2023 18:09
118
Şahin Diniyev: “Enişdəyik, futbolda belə hallar olur”

“Çox danışmaq istəmirəm. Hər komponentdə rəqibə məğlub olduq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVI turunda uduzan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis 0:4 hesablı məğubiyyətdən sonra qış fasiləsinədək keçiriləcək oyunlarda maksimum nəticə qazanmağa çalışacaqlarını bildirib: “Qarşıdakı iki oyunu başa vurub, hazırlaşmalıyıq. Transferlər də edəcəyik, güclənməliyik. Bu mövsüm birinci dəfədir ki, belə bir hissə oynayırıq. Enişdəyik, futbolda belə hallar olur. Qarşıdakı oyunlarda maksimum xallar toplamağa çalışacağıq. Geniş heyətimiz yoxdur. Bu enişi gözləyirdim. Çox çətin durumdayıq. Heyət baxımından problemlərimiz var. Dünyanın sonu deyil. Əvvəldən belə olacağını görürdüm. Əvvəldən sözümü tutan biri olmuşam. Yanvardan sonra daha yaxşı "Səbail" görəcəksiniz. Birinci dövrəni bu sıralarda bitirə bilsək, yanvardan sonra daha yaxşı yerlərdə ola biləcəyik”.

Qeyd edək ki, “Səbail” ardıcıl 4-cü oyunda qələbə qazana bilməyib.

İdman.biz