“Banişevski” ləqəbli sabiq FIFA referisi: “İndiki futbolçular çox qaçırlar, effekti də olmur”

Xəbərlər
25 Oktyabr 2025 22:09
63
“Banişevski” ləqəbli sabiq FIFA referisi: “İndiki futbolçular çox qaçırlar, effekti də olmur”

“Uşaqlıqdan bu idman növünə böyük marağım var idi. Həmişə dərslərimi oxuyandan sonra həyətdə dostlarımla futbol oynayardım”.

İdman.Biz bildirir ki, bu sözləri Baku TV-yə hazırda hakim-inspektor kimi fəaliyyət göstərən sabiq FIFA referisi Zöhrab Qədiyev deyib.

Qədiyev futbola olan sevgisindən söz açıb: “Məni “Anatoli Banişevski” adlandırardılar. 1990-cı il aprelin 20-də “Neftçi”nin əsas heyətində çıxış etdiyim oyun ən yaddaqalan matçımdır. Futbol gözümü açdı. Bu yolu seçdiyimə görə özümlə fəxr edirəm”.

O həmçinin futbol hakimi kimi fəaliyyətindən danışıb: “Hakimlik ikinci hobbimdir. 35 yaşımda futbolçu karyeramı bitirdim və 36 yaşımda hakimliyə başladım. Bu sahə daha çətindir. Hazırda hakim-inspektor kimi çalışıram. Tovuza oyunlara gedəndə məni ayaqüstü alqışlayırlar. Bu hörməti orada qazanmışam”.

Zöhrab Qədiyev eyni zamanda günümüzün və keçmişin futbolunu müqayisə edib: “O vaxtlar futbol təhlükəli olsa da, çox güclü idi. Texniki cəhətdən imkanlar indiki kimi deyildi və tamaşaçılar rahatlıqla oyun meydançasına girə bilirdilər. Günümüzün futbolçuları çox qaçırlar, effekti də olmur”.

İdman.Biz