Filip Ozobiç: “Onlar tam güclərini ortaya qoyacaqlar”

Xəbərlər
9 Dekabr 2023 13:46
179
Filip Ozobiç: “Onlar tam güclərini ortaya qoyacaqlar”

“Zirə” ilə oyun bizim üçün çox vacib idi. Qələbə qazana bildik”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç klubunun televiziyasına deyib.

Xorvatiyalı yarımmüdafiəçi Azərbaycan çempionatının 16-cı turunda “Turan Tovuz”la oyunu dəyərləndirib. O bildirib ki, “Neftçi Arena”da onları yalnız 3 xal qane edəcək: ”Komandada oynayacaq bütün futbolçular tam güclərini ortaya qoyacaqlar. Ötən qarşılaşmada olduğu kimi davam edib, növbəti matçda da qalib gəlmək istəyirik”.

Qeyd edək ki, “Neftçi” “Turan Tovuz” qarşılaşması dekabrın 10-u saat 18:00-da start götürəcək.

İdman.biz