Üçüncü dəfə “Sabah”ı işıqsız qoyan stadion - İDMAN.BİZ-in ARAŞDIRMASI + VİDEO

Xəbərlər
29 Sentyabr 2025 16:04
38
Üçüncü dəfə “Sabah”ı işıqsız qoyan stadion - İDMAN.BİZ-in ARAŞDIRMASI + VİDEO

Bakı futbol klubu “Sabah” son illərdə artıq üçüncü dəfə stadionda işıqlandırma problemləri ilə üzləşib.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqasının VI turunda “Sabah” – “Sumqayıt” (1:1) oyunu zamanı “Bank Respublika Arena”da işıqlar sönüb və qarşılaşma təxminən 15 dəqiqəlik fasilədən sonra davam edib.

Bu, “Sabah”ın iştirakı ilə baş verən oxşar halların üçüncüsü olub. Belə ki, 9 may 2025-ci ildə eyni arenada keçirilən “Sabah” – “Şamaxı” matçında işıqlar iki dəfə sönmüş və oyun bir neçə dəqiqə dayandırılmışdı.

Daha əvvəl, 3 mart 2021-ci ildə “Bakcell Arena”da “Neftçi” - “Sabah” oyunu 27-ci dəqiqədə (0:0 hesabı ilə) işıqsız qalmışdı və fasilə təxminən 10 dəqiqə davam etmişdi.

Son iki halın az zaman fərqi ilə və eyni arenada baş verməsi “Bank Respublika Arena”nın vəziyyətinin yaxşı olmadığını göstərir. Əgər tədbir görülməsə, “Sabah”ın yenidən oxşar fors-major situasiyalarla üzləşməsi istisna deyil.

Teymur Tuşiyev

İdman.biz

Məqalədə: