Atletimiz dünya çempionatında çıxışını başa vurub

17 Sentyabr 2025 19:12
320
Atletimiz dünya çempionatında çıxışını başa vurub

Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

İdman.biz bu barədə Azərbaycan Atletika Federasiyasına istinadən bildirir.

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Ə.Nağıyev yarımfinala yüksələ bilməyib.

İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.

İdman.biz