Güc idman növlərində Azərbaycan rekordu yenilənib - FOTO

Xəbərlər
29 Noyabr 2023 12:51
343
Güc idman növlərində Azərbaycan rekordu yenilənib - FOTO

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş güc idman növləri üzrə üçüncü turnir keçirilib.

Azərbaycan Stronqmen Federasiyasından İdman.bizə verilən məlumata görə, turnirdə 150-dən çox idmançı 3 növdə (“strict curl”, “deadlift” və “log lift”) gücünü sınayıb.

Müxtəlif yaş kateqoriyası üzrə təşkil olunan yarışda qadınlar və sağlamlıq imkanları məhdud idmançılar da mübarizə aparıblar.

“Strict curl” yarışlarında böyüklərin mübarizəsində Əli Tayirov (60 kq), Ayxan Həşimov (67,5 kq), Xansu Müslimov (82,5 kq), Sənan Şükürov (90 kq), Səbuhi Tağızadə (100 kq), Mikayıl Cəfərov (110 kq) və Surət Pirnəzərov (125 kq) bütün rəqiblərinə qalib gələrək birinci olublar.

“Deadlift” hərəkətində Tacir Məcdunov (70 kq), Sadiq Kamilov (80 kq), Roman Əhmədov (90 kq), Ziyad Cabarov (100 kq), Seymur Quliyev (110 kq) və Nicat Xosrovzadə (110 kq-dan yuxarı) qızıl medal qazanıblar.

“Log lift” yarışlarında isə Vadim Yelenov (80 kq), Sahib Bağırov (95 kq) və Cavid Abbasov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
S.Bağırov 130 kiloqram nəticə ilə Azərbaycan rekordunu müəyyənləşdirib.

Turnirdə 44 günlük Vətən müharibəsi qazisi Polad Rzayev də iştirak edib.

Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Namiq Cəfərovun rəhbərliyi altında hazırlıq keçən idmançı uğurlu çıxışı ilə diqqət çəkib.

İdman.biz