Azərbaycan atleti dünya reytinqində 13-cü mövqedə

Xəbərlər
9 İyul 2025 16:41
49
Azərbaycan atleti dünya reytinqində 13-cü mövqedə

Anna Skidan çəkicatma üzrə dünya reytinqində 13-cü yerdədir.

İdman.biz xəbər verir ki, Olimpiya oyunlarının 4 qat iştirakçısı, Azərbaycan atletinin hesabında 1224 xal var.

Skidanın göstəricisində ötənilki dörd yarışdakı nəticə əksini tapıb - bunlar Yay Olimpiya Oyunları (təsnifat və final), Polşadakı turnir və 10-cu yeri tutduğu Romadakı Avropa çempionatıdır.

Qadınların çəkicatma reytinqinə Olimpiya çempionu kanadalı Kamrin Rocers başçılıq edir, amerikalı Bruk Andersen və finlandiyalı Silya Kosonen növbəti iki yerdə qərarlaşıblar.

İdman.biz