Armand Duplantis 12-ci dəfə dünya rekordunu yeniləyib

Xəbərlər
15 İyun 2025 22:43
33
Armand Duplantis 12-ci dəfə dünya rekordunu yeniləyib

İkiqat Olimpiya çempionu, şüvüllə tullanma üzrə üçqat dünya çempionu Armand Duplantis yeni dünya rekordu müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, isveçli idmançı Brilyant Liqanın Stokholmdakı mərhələsində ilk cəhdində 6,28 metr hündürlüyü dəf edərək əvvəlki nailiyyətini 12-ci dəfə üstələyib.

Qeyd edək ki, Duplantis 2024-cü il üçün "İlin kişi idmançısı" nominasiyasında Laureus idman mükafatına layiq görülüb.

İdman.biz