Lamiyə Vəliyevadan Daşkənddə bürünc medal

16 May 2025 09:25
444
Lamiyə Vəliyevadan Daşkənddə bürünc medal

Özbəkistanın paytaxtı Daşkənddə Dünya Atletikasının bürünc səviyyəli beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin atleti Lamiyə Vəliyeva yarışı medalla başa vurub.

O, 200 m məsafəyə qaçış üzrə üçüncü olub. Vəliyeva finiş xəttinə 24,35 saniyəyə çatıb.

İdman.biz