Qubada kross qaçışı üzrə Azərbaycan çempionatı keçiriləcək

Xəbərlər
6 Aprel 2024 13:23
Qubada kross qaçışı üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 7-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qubada kross qaçışı üzrə yaz ölkə çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda müxtəlif regionları təmsil edən 20 komandanın 200-dən çox idmançısı mübarizə aparacaq.

Azərbaycan çempionatının açılış mərasimi aprelin 7-də saat 11:00-da Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.biz

Məqalədə: