Xankəndi - Bakı ultramarafonu: İkinci mərhələ başa çatıb - YENİLƏNİB

Xəbərlər
1 Mart 2024 17:29
355
Xankəndi - Bakı ultramarafonu: İkinci mərhələ başa çatıb - YENİLƏNİB

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, atletlər ikinci günü Ucarda yekunlaşdırıblar.

“Qürurla irəli” şüarı ilə təşkil edilən marafonun ikinci mərhələsinin qalibi Ağa Əliyev olub. O, 84 km məsafəni qət edib. İkinci yeri Elmir Əskərov tutduğu halda, Artyom Əliyev finiş xəttinə üçüncü çatıb.

Martın 4-dək davam edəcək yarışda iştirakçılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, paytaxta çatacaqlar.

Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.

----

09:45

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, atletlər ikinci günə Yevlaxda başlayıblar.

“Qürurla irəli” şüarı ilə təşkil olunan marafonun ikinci mərhələsində iştirakçılar Yevlaxdan Ucara qədər məsafə qət edəcəklər. Atletlər 84 km qaçmaqda ən yaxşıları müəyyənləşdirəcəklər.

İdmançılar Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də paytaxta çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.

İdman.biz

Məqalədə: