23 yaşlı atlet ölüb

Xəbərlər
22 Yanvar 2024 17:44
122
23 yaşlı atlet ölüb

İspaniyalı atlet Alba Sebrian 23 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, “Seltiberas de Soria” klubunun idmançısı məşq zamanı huşunu itirib.

Bundan sonra xəstəxanaya yerləşdirilən atletin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sebrian 1500 m və 3000 m qaçış yarışlarında İspaniyada böyük ümidlər vəd edən atletlərindən sayılırdı.

İdman.biz

Məqalədə: