Bakıda keçirilən “KidsRunFestdə” 200-ə yaxın uşaq yarışdı - FOTO

31 May 2026 21:09
100
Bakıda keçirilən “KidsRunFestdə” 200-ə yaxın uşaq yarışdı - FOTO

Atletika üzrə uşaqlar arasında “KidsRunFest” adlı idman tədbiri təşkil olunub.

İdman.Biz xəbər verir ki, yarış Dünya Uşaq Atletikası Gününün beşilliyi münasibətilə keçirilib. Tədbir Dünya Atletikası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Zəfər Qaçış Klubu və “Camphood” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışda müxtəlif yaş qruplarını təmsil edən 200-ə yaxın uşaq iştirak edib. Onlar 400, 600, 800 və 1000 metr məsafələrə qaçışda qüvvələrini sınayıblar.

Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzini təbliğ etmək, atletikaya marağı artırmaq və gənc istedadları üzə çıxarmaq olub.

İdman.Biz