Yeniyetmə atletlər arasında Bakı şəhər birinciliyi təşkil olunacaq

Xəbərlər
22 Yanvar 2026 11:06
41
Yeniyetmə atletlər arasında Bakı şəhər birinciliyi təşkil olunacaq

Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə şəhər birinciliyi baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış qapalı məkanda 23-24 yanvar tarixlərində, saat 15:30-da Bakı Atletika Mərkəzində keçiriləcək.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

İdman.Biz