Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu - FOTO

28 İyun 2026 19:41
122
Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu - FOTO

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun ikinci mərhələsinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Gərgin mübarizə şəraitində baş tutan turnirdə böyüklər və U-15 kateqoriyaları üzrə qaliblər müəyyənləşib. Böyüklər arasında qadınların yarışında Yaylagül Ramazanova birinciliyi qazanıb. Lalə Əbdürəhmanova ikinci, Fatimə Hüseynli isə üçüncü yeri tutub.

Kişilərin mübarizəsində Nurlan Rəhimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərdar Vəliyev gümüş, Məhəmmədəli Əliyev isə bürünc medala sahib olub.

U-15 kateqoriyasında qızlar arasında Sona Rüstəmli qalib adını qazanıb. Məryəm İbrahimli ikinci, Banu Məmmədova üçüncü olub. Oğlanların yarışında isə Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Saleh Məmmədli bürünc medala yiyələnib.

Qalib və mükafatçılara mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının şöbə müdiri Kamran Həsənzadə və yığma komandanın baş məşqçisi Natiq Fazilov təqdim ediblər.

İdman.Biz