Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb.
İdman.Biz xəbər verir ki, yarışda U-15, U-18 və böyüklər kateqoriyalarında qaliblər müəyyənləşib və mükafatlandırma mərasimi keçirilib.
U-15 yaş qrupu üzrə mükafatları qaliblərə Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.
U-18 kateqoriyasında fərqlənən gənc oxatanları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və İdarə Heyətinin üzvü Sümbül Turabova mükafatlandırıblar.
Böyüklər arasında keçirilən yarışda isə çempion və mükafatçılara təltifləri Aydın Məmmədov və “Target Archery Club”ın direktor müavini Mehdi Məmmədov təqdim ediblər.
Böyüklər arasında qızların mübarizəsində Fatimə Hüseynli qızıl medal qazanıb, oğlanların yarışında isə Nurlan Rəhimli birinci olub.
U-15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl medallara sahib çıxıblar.
U-18 kateqoriyasında Sümeyyə Bədəlli ilə Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, üç gün davam edən yarışda ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
