Çimərlik güləşçilərimiz dünya çempionatında daha bir medal qazanıblar - YENİLƏNİB/FOTO

Xəbərlər
25 Sentyabr 2025 22:13
79
Çimərlik güləşçilərimiz dünya çempionatında daha bir medal qazanıblar - YENİLƏNİB/FOTO

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilir.

90 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elgün Kərimli moldovalı Vitali Perkiuna 5:0 hesabıyla qalib gələrək dünya çempionatında bürünc medal qazanıb.

21:28

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilir.

55 kq çəki dərəcəsində təmsilçimiz Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub.

Ülviyyə Musayeva yarımfinalda polşalı Aqata Kuçarskaya 3:2 hesabıyla qalib gəlmişdi.

Güləşçimiz 1/4 finalda britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub edib.

80 kq çəki dərəcəsində isə Nihad Süleymanlı finalda gürcüstanlı Nuradin Mustafayevə 3:0 hesabıyla qalib gələrək dünya çempionu tituluna yiyələnib.

Nihad Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatiyə 4:0 hesabıyla qalib gələrək dünya çempionatının finalına yüksəlmişdi.

Süleymanlının 1/4 finaldakı rəqibi isə həmyerlisi Elvin Hacıquliyev (3:0) olub.

İdman.biz