Dünya çempionatı: Eldəniz Əzizli yarımfinalda məğlub olub - YENİLƏNİB

Xəbərlər
18 Sentyabr 2025 18:47
108
Dünya çempionatı: Eldəniz Əzizli yarımfinalda məğlub olub - YENİLƏNİB

Güləşçimiz Eldəniz Əzizli (55 kq) yarımfinalda iranlı Payam Balutakiyə 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

17:59

Azərbaycan güləşçisi Eldəniz Əzizli (55 kq) Xorvatiyanın Zaqreb şəhərində davam edən yunan-Roma güləşi üzrə dünya çempionatında yarımfinala yüksəlib.

İdman.biz-in məlumatına görə, Əzizli 1/4 finalda Ceyden Skott Reyn (ABŞ, 5:1) üzərində qələbə qazanıb.

Azərbaycan güləşçisi yarımfinalda iranlı Payam Fərzad Əhmədi Balutəki ilə qarşılaşacaq.

Öz növbəsində Sənan Süleymanlı (77 kq) 1/4 finalda iranlı Əlirza Murad Abdevaliyə 1:3 hesabı ilə məğlub olub.

Qurban Qurbanov (82 kq) da 1/4 finalda yaponiyalı Taizo Yoşidaya 8:9 hesabı ilə uduzub.

1/4 finalda uduzan Azərbaycan güləşçiləri rəqibləri finala yüksələcəyi təqdirdə bürünc medallar uğrunda mübarizə apara biləcək.

16:52

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən dünya çempionatında mübarizəyə qoşulublar.

İdman.biz xəbər verir ki, pəhləvanlarımız ilk görüşlərini keçiriblər.

55 kq

Eldəniz Əzizli Anil Mora (Hindistan) üzərində inamlı qələbə qazanıb – 8:0. Onun 1/4 finaldakı rəqibi Ceyden Skott Reyn (ABŞ) olacaq.

77 kq
Sənan Süleymanov əvvəlcə Per Albin Olofssonu (İsveç) 5:0 hesabı ilə, daha sonra isə 1/8 finalda Çunyang Panı (Çin) 8:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Əlirza Morad Abdevali (İran) ilə qarşılaşacaq.

82 kq
Qurban Qurbanov Şahin Badağimofradı (Qətər) hesab bərabərliyi ilə (1:1) məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Tayzo Yoşida (Yaponiya) ilə üz-üzə gələcək.

130 kq
Beka Kandelaqi ilk görüşündə Razmik Kurdyana (Ermənistan) 1:1 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

İdman.biz