Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.
Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər.
Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.
İdman.biz