Bakıda keçirilən hərbçi güləşçilər arasında 36-cı dünya çempionatında növbəti dəfə maraqlı anlar yaşanıb.
İdman.biz xəbər verir ki, bu dəfə türkiyəli pəhləvan Ahmet Duman dünya çempionluğunu Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.
61 kq çəki dərəcəsində yarışan idmançı həlledici görüşdə yığmamızın üzvü Ceyhun Allahverdiyevə qalib gəlib. Duman qələbə sevincini Türkiyənin ay-ulduzlu bayrağı ilə yanaşı, üçrəngli Azərbaycan bayrağı ilə bölüşüb və xalçanı dövrə vurub.
Həmçinin, iranlı Nejad Reza üzərində də qələbə qazanan türkiyəli Sessiz Mustafa da Türkiyə və Azərbaycan bayrağını başı üzərinə qaldırıb.
Qeyd edək ki, bir gün öndə İbrahim Yusubov (92 kq) qələbə sevincini eyni cür bölüşüb.
İdman.biz