Azərbaycanlı güləşçilər bu gün medal qazana bilməyiblər – YENİLƏNİB

Xəbərlər
24 Avqust 2025 20:36
52
Azərbaycanlı güləşçilər bu gün medal qazana bilməyiblər – YENİLƏNİB

Azərbaycanlı yunan-Roma güləşçiləri Orxan Hacıyev (87 kq) və Məzahir Mərdanov (130 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında medal qazana bilməyiblər.

İdman.biz xəbər verir ki, Hacıyev və Mərdanov bürünc uğrunda görüşlərdə, müvafiq olaraq, qazaxıstanlı Temirlan Turdakinə (4:4) və ukraynalı İvan Yankovskiyə (0:8) uduzublar.

Beləliklə, Azərbaycan güləşçiləri U-20 dünya çempionatında ümumilikdə 8 medal qazanıblar.

Yunan-Roma güləşində Ayxan Cavadov (60 kq) dünya çempionu olub: o, finalda erməni Yurik Mxitaryanı məğlub edib.

Həmçinin Turan Daşdamirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıblar.

Bundan əlavə, sərbəst güləşçilərimiz Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc mükafatçı olublar.

Qadın güləşində isə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq) isə bürünc medal qazanıblar.

***

18:11

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçiləri Orxan Hacıyev (87 kq) və Məzahir Mərdanov (130 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Təsəlliverici görüşdə Orxan Hacıyev yaponiyalı İssin Onitsukanı 12:3 hesabı ilə məğlub edib.

Öz növbəsində, Məzahir Mərdanov da təsəlliverici görüşdə yaponiyalı Kosei Miyakiyə 9:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: