Macarıstanın paytaxtı Budapeştdə başa çatan reytinq turnirində yunan-Roma güləşi üzrə Azərbaycan yığması komanda hesabında birinci yeri tutub.
İdman.biz xəbər verir ki, Azərbaycan güləşçiləri ümumilikdə bir qızıl və üç bürünc medal qazanaraq 94 xal əldə ediblər.
Bu, onlara, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutan Qazaxıstan (88 xal) və Özbəkistan (87) komandalarını qabaqlamağa imkan verib.
Nihat Məmmədli (60 kq) Azərbaycana qızıl, Ruslan Nurullayev (72 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazandırıblar.
İdman.biz