Avropa çempionatı: İki güləşçimiz finala yüksəlib - YENİLƏNİB

Xəbərlər
4 İyul 2025 19:55
88
Avropa çempionatı: İki güləşçimiz finala yüksəlib - YENİLƏNİB

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-cü günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Xalçaya çıxan güləşçilərimizdən ikisi yarımfinala vəsiqə qazanıb. Onlar uğurlu çıxış edərək, qızıl uğrunda yarışmaq hüququ əldə ediblər.

U-20 Avropa çempionatı
Sərbəst güləş

57 kq
Vasif Bağırov türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaru ilə güləşib. 8:1 hesabı ilə qalib gələn güləşçimiz finala vəsiqə qazanıb. O, finalda Nika Zanqaladze (Gürcüstan) ilə qarşılaşacaq.

65 kq
Hacı Kərimov italiyalı Alessandro Niniyə 4:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Lazare Qujaraidzeyə "tuş"la məğlub olub.

70 kq
İsmayıl Rəhimli macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlib. Lakin o, 1/8 finalda türkiyəli Remzi Temura 0:4 hesabıyla uduzub.

79 kq
Muradxan Omarov türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevlə qarşılaşıb. Güləşçimiz 11:0 hesabı ilə üstün olaraq, adını finala yazdırıb. Onun rəqibi gürcüstanlı Davit Çeçelaşvili olacaq.

97 kq
Rəvan Musayev türkiyəli İbrahim Benekliyə 6:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesabıyla məğlub olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:45-də start götürəcək.

İdman.biz