Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq cəzalandırıb.
İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Bildirlib ki, güləşçinin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhd olub.
Diskvalifikasiya müddəti fevralın 7-dən hesablanmağa başlanılıb və 2028-ci il fevralın 7-də başa çatacaq.
Qeyd edək ki, 21 yaşlı güləşçi 2024-cü ilin dekabrında Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanıb.
İdman.biz