Avropa çempionatının medalçısı: "Əslində çempion da ola bilərdim"

Xəbərlər
13 İyun 2025 11:11
100
Avropa çempionatının medalçısı: "Əslində çempion da ola bilərdim"

Azərbaycanın yunan-Roma güləşçisi Nicat Yeylaqaliyev (80 kq) Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, güləşçi "Report"a açıqlamasında müəyyən səhvlərə yol verdiyini söyləyib.

O, qarşıdan gələn dünya çempionatında daha yaxşı nəticə göstərəcəyinə ümid edir: "Yarış çox güclü keçdi. Əslində finala çıxa və çempion da ola bilərdim. Amma öz səhvimdən uduzdum. Ümid edirəm ki, dünya çempionatında daha yaxşı nəticə qazanaram".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Millimiz 116 xalla komanda hesabında üçüncü olub.

İdman.biz