Yığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazanıb - YENİLƏNİB/FOTO

Xəbərlər
10 İyun 2025 21:34
92
Yığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazanıb - YENİLƏNİB/FOTO

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatında ilk medalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşçində Azərbaycan millisinin 3 üzvü mükafatlar uğrunda yarışıb.

Yekunda hər üç idmançımız fəxri kürsüdə yer almağı bacarıb.

Yunan-Roma güləşi
4️8️ kq

Yarımfinalda uduzan Qurban Məcnunov bürünc uğrunda Nikolaos Zinisa (Yunanıstan) qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn təmsilçimiz Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.

8️0️ kq
Nicat Yeylaqaliyev bürünc medal uğrunda Frederik Abrahamssonla mübarizə aparıb. Güləşçimiz 10:0 hesabı ilə təmiz qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

1️1️0️ kq
Rihad İbrahimli qızıl medal mübarizəsinə çıxıb. Onun rəqibi Denis Lazarov (Bolqarıstan) olub. 7:0 hesabı ilə qalib gələn Rihad Avropa çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.

İdman.biz