ABŞ-nin tanınmış güləşçisi Con Sina aktiv idmançı karyerasını rəsmən geridə qoyub.
İdman.Biz xəbər verir ki, 48 yaşlı Sina World Wrestling Entertainment (WWE) çərçivəsində son dəfə rinqə çıxıb. O, Qunterlə üz-üzə gəlib və qarşılaşma məğlubiyyətlə yekunlaşıb.
Görüş bitdikdən sonra Con Sina rinqin mərkəzinə gələrək idman ayaqqabılarını orada qoyub. Bu jestlə o, uzun illər davam edən peşəkar güləş karyerasını başa vurduğunu ictimaiyyətə çatdırıb.
Xatırladaq ki, Con Sina WWE-də ilk dəfə 2002-ci ildə çıxış edib. O, karyerası ərzində 17 dəfə titul qazanaraq promouşenin tarixində ən çox çempionluq əldə edən güləşçi kimi yadda qalıb.
