Avropa çempionatı: 1 qızıl, 3 bürünc şansı

Xəbərlər
9 İyun 2025 21:52
102
Avropa çempionatı: 1 qızıl, 3 bürünc şansı

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından 3-ü yarımfinala vəsiqə qazanıb.

Yunan-Roma güləşi
4️8️ kq

Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Martin Manjikyanla güləşib. Hesab 6:6 olsa da, rəqib idmançı keyfiyyət xalı hesab qalib gəlib. Qurban bürünc uğrunda Nikolaos Zinisa (Yunanıstan) qarşılaşacaq.

5️5️ kq
Ayxan Əsədli belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la məğlub olub. Onun rəqibi finala yüksəldiyindən, güləşçimiz təsəlliverici görüşlərə qatılacaq.

6️5️ kq
Ramil Musayev italiyalı Alessio Arankioya "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə belaruslu Vladislav Salavyova 3:5 hesabıyla məğlub olub.

8️0️ kq
Nicat Yeylaqaliyev çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Rəqib güləşçi son xal prinsipinə görə finala yüksəlib.

1️1️0️ kq
Rihad İbrahimli belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn təmsilçimiz finala yüksələib. Rihadın rəqibi Denis Lazarov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.

İdman.biz