Albaniyanın paytaxtı Tiranda 23 yaşadək sərbəst güləşçilər arasında medal görüşləri keçirilib.
İdman.biz xəbər verir ki, həlledici qarşılaşmalarda Azərbaycanın 3 pəhləvanı xalçaya çıxıb.
Onlardan ikisi çıxışını gümüş, biri bürünc medalla başa vurub.
Sərbəst güləş
65 kq
Zirəddin Bayramov finalda rusiyalı İbrahim İbrahimovla gücünü yoxlayıb. Görüş rəqib idmançının 7:0 qələbəsi ilə yekunlaşıb. Zirəddin mundialın gümüş medalını qazanıb.
70 kq
Kənan Heybətov təsəlliverici görüşlərdə tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqinə (11:2) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfla güləşib. Heybətov bu deuldən də üstün ayrılıb - 9:2. Nəticədə güləşçimiz fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
79 kq
Əşrəf Aşırov finalda rusiyalı Maqomed Maqomayevlə üz-üzə gəlib. Güləşçimiz 4:9 hesabıyla məğlub olduğundan dünya çempionatını ikinci yerdə başa vurub.
Beləliklə, sərbəst güləş üzrə milli komandamız mundailı 2 gümüş və 3 bürünc medalla bitirib. Bir gün öncə Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) yarışı 3-cü yerdə başa vurub.
İdman.biz