İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, mundialın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Xalçaya çıxan 5 idmançımızdan 2-si yarımfinalda, 2-si 1/4 finalda uduzub. Təmsilçilərimizdən 4-ü bürünc şansını davam etdirir. Medal görüşləri sabah olacaq.
U-17 dünya çempionatı
Yunan-Roma güləşi
4️8️ kq
Əmrah Əmrahov ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhajiya 0:8 hesabıyla məğlub olub. Onun rəqibi finala yüksəldiyindən Əmrahın bürünc şansı qalıb. O, sabah təsəlliverici görüşlərə qatılacaq.
55 kq
Əli Nəzərov startda gürcüstanlı David Qabedavanı 5:3 hesabıyla məğlub edib. O, 1/4 finalda amerikalı Ceyden Raneyə 3:4 hesabıyla uduzub. Əlinin rəqibi həlledici görüşə vəsiqə qazandığından güləşçimizin bürünc şansı davam edir.
65 kq
Emil Abdullayev serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı Vladislav Pokotilo ilə üz-üzə gəlib. 1:4 hesabı ilə uduzan Emil 3-cü yer uğrunda yarışacaq.
80 kq
Orxan Hacıyev çinli Jeyinq Sonqu (10:1), ardınca qırğızıstanlı Joomart Aşimovu (tuş) və ermənistanlı Arame Arakelyanı (7:1) məğlub edib. Milli üzvü yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşıb və 6:8 hesabı ilə uduzub. O, bürünc uğrunda güləşəcək.
110 kq
Abdullah Həsənov 1/8 finalda ermənistanlı Seyran Kirakosyana məğlub olub – 0:4.
Qeyd edək ki, munidal avqustun 25-dək davam edəcək.
İdman.biz