Yığmamızdan Kazanda daha 3 medal - FOTO

Xəbərlər
18 İyun 2024 17:16
372
Yığmamızdan Kazanda daha 3 medal - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi aktivinə bu gün daha 3 medal əlavə edib.

Sərbəst güləşçilərimizdən Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıb.

Bununla da komandamızın hesabındakı medal sayı 6-ya yüksəlib. Daha öncə karateçi Mədinə Sadıqova (55 kq) birinci, samboçu Rəsul Aydəmirov (98 kq) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.

Qeyd edək ki, yarış iyunun 24-də yekunlaşacaq.

İdman.biz

Məqalədə: